Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

II FƏSİL. FONETİKA

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

V FƏSİL. SİNTAKSİS

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ÜMMÜLBANU YARADICILIĞI: FRANSA-AZƏRBAYCAN ƏDƏBİ ƏLAQƏLƏRİ KONTEKSTİNDƏ

Arzu Yolçuyeva.

80-ci illərin sonuna kimi Bakının neft milyonçuları Musa Nağıyev və Şəmsi Əsədullayevin nəvəsi Ümmülbanu (Banin) Fransız yazıçısı kimi tanınırdı. Ümmülbanunu ictimai-siyasi quruluşun dəyişməsi, aşkarlıq və demokratiya əslən tanıtdı. Bir azərbaycanlı kimi. Çünki sovetlər dönəmində onu yalnız fransız yazıçısı kimi tanıyırdılar.

Onun avtobioqrafiyası ilə tanışlıq göstərir ki, ziddiyyətli və mürəkkəb bir dövrdə yaşamış, həyatı da ziddiyyətlər burulğanında keçmiş yazıçının cəmiyyətə, dövrə, quruluşa, ailəyə, ayrı-ayrı fərdlərə münasibəti birmənalı olmamışdır. Körpə ikən anasını itirmiş, avropalı dayə fröyleyn Anna onun təlim - tərbiyəsi ilə ciddi məşğul olmuş, bir sıra avropa dillərini öyrənə bilmişdir. "Qafqaz günləri" adlı tərcümeyi-hal xarakterli romanı onun 15 illik uşaq dünyagörüşünün məhsulu olub, Azərbaycanın ziddiyyətlərlə dolu olan tarixinə bəhs edir. Bu əsəri oxuyandan sonra qənaətim belə olub ki, həmin roman XIX əsrin ilk on illiyindən başlanan keşməkeşli tariximizin, mədəniyyətimizin aynasıdır. Fikrimizcə, bu tarixi gedişi biz azərbaycanlıların çoxu hələ yaxşı dərk etmir, bu tarix eyni zamanda bizim xalqın milli şürünün formalaşması üçün də bir salnamədir.

Ümmülbanunun uşaqlıq və gənclik illəri XX yüzilliyin əvvəllərindən başlanır, əsrin bu illəri böyük faciələr, paradokslar, emosiyaların coşub-daşan, "insan ruhunun yüksəlişi və enişi əsridir". Bu dövr tariximizin sosial-iqtisadi, ictimai- siyasi və mədəni proseslərlə zəngin olan 20 illik (1900- 1920) bir zamanıdır. Bəllidir ki, məhz bu dövrdə Axərbaycan xalqının milli şüurunun inkişafı tarixində keyfiyyətcə yeni mərhələ başlanır, milli azadlıq mübarizəsi yeni yüksək mərhələyə qədəm qoyur.

Ümmülbanunun həyatı Azərbaycanda neft sənayesinin inkişaf sürətinin və məhsul istehsalının dünyada birinci yerə çıxdığı mərhələyə təsadüf edir. Ümmülbanu dövrün iqtisadi həyatında bütün çətinlikləri, neft istehsalının təmərgüzləşmə prosesinin Azərbaycanda daha geniş vüsət aldığını öz gözləri ilə görmüşdür. Beləliklə, dövr neft sənayesində milli kapitalın 60 faizinə qədərini öz əlində cəmləmiş 12 firmaya rəhbərlik edən, XX əsrin əvvəllərində öz müəssisələri əsasında səhmdar cəmiyyəti yaratmış Şəmsi Əsədullayev ailəsində dünyaya gəlmiş Ümmülbanu ictimai - siyasi həyatı, inzibati idarəçilikdə köklü dəyişiklikləri, siyasi partiyalar və təşkilatların yaranmasını, ictimai - siyasi durumun kəskinləşməsini, sosial və milli əsarətə qarşı mübarizənin, Azərbaycan cəmiyyətində sosial fəallağın artmasını, sosial ziddiyyətlərin kəskinləşməsinin və nəhayət xalqın siyasi özünüdərkinin, milli şürunun formalaşması prosesinin bilavasitə şahidi olmuşdur. Bütün bunlar onun zəngin bədii yaradcılığında öz əksini tapa bilmişdir.

Yasaq və qadağalar illərində Ümmülbanunu həmyerlimiz kimi tanıya bilmirdik. Lakin 80- ci illərin əvvəllərindən ümmumittifaq mətbuatı ilə yaxından tanışlıq, yazıçı və mədəniyyət işçilərimizin, alimlərimizin Fransayda görüşləri Ümmülbanunu bizə tanıtdı. Yazıçı Anar 9 yanvar 1985-ci ildə "Bakı" qəzetində dərc etdirdiyi "Fransa görüşləri" adlı oçerkində fransız yazıçısı, həmyerlimiz, Banin ləqəbi ilə tanınan Umm- El-Əsəddullayeva barəsində məlumat vermişdi. 1986-cı ildə Banin "İzvestiya"nın Fransadakı müxbiri Yuri Kovalenko ilə geniş söhbət etmiş, özünün rus yazıçıları İ.A.Bunin, N.A. Teffi, habelə rəssamlardan A.Benua və başqaları ilə olan dostluğundan xeyli danışmışdır (Bax: Nigar Abutalıbova. Azərbaycan-Fransa mədəni əlaqələri.- "Qobustan" incəsənət toplusu, № 3 (75), 1987, s. 14). 1987-ci ildə M. Sərvər rus dilindən Ümmülbanunun "İvan Buninin son höcəti" sənədli povestini tərcümə edib, "Azərbaycan" jurnalının 12 sayında çap etdirmişdir. Bu povest ömrünün sonuna kimi Oktyabr inqilabı ilə barışmayan, lakin hər dəqiqə, hər an vətən həsrəti ilə alışıb- yanan böyük rus yazıçısı - mühacir İvan Bunin haqqında yazılmış xatirələrdir.

Yazıçı bu povestində nostalgiya adlanan vətən həsrəti hissini psixoloji aspektdə götürür, böyük bir nəslin faciəsini heç bir şey artırıb-əskiltmədən, olduğu kimi göstərməyə çalışır. Təbii ki, bir yazıçı kimi məhz qərb şəratində, kapital dünyasının rəngarəng mahiyyətli təzadları reallığında formalaşmış Ümmülbanu, dünya miqyasında gedən bir sıra siyasi və ictimai hadisələrə sosialist platformasından yanaşa bilmir.

Ümmülbanu bu povestində yaşadığı dövrü təhlükəli və ümüdlər dövrü adlandırır. Geriyə-vətənə qayıtmaq, yoxsa mühacirətdə qalmaq problemi ilə üzləşən insanların taleyi, həlli müşkül olmayan məsələlər qarşısında acizlik və s., və s. Və bu çətinliklər qarşısında qalan yazıçı ədəbiyyata söykənir: "Ədəbiyyat, heç olmasa, ona görə yaxşıdır ki, adamları bir- birinə yaxınlaşdırır, tanış edir. Ədəbiyyat mənim üçün də neçə-neçə evin qapısını açmış, mənimlə bir çox yazıçı arasında ünsiyyət yaratmışdır. Bəli, məhz ədəbiyyat sayəsində yeni dostluq əlaqələri yaranmağa başlamışdır".

Ümmülbanunun on kitabı və bir çox tərcümələri vardır. Tərcümələri rus, ingilis və alman yazıçılarının əsərlərindəndir.

"Qafqaz günləri" romanı müəllifin Bakıda keçən uşaqlıq və gənclik illərindən, bilavasitə gördüyü, şahidi olduğu hadisələrdən bəhs edir. Romandakı hadisələr keçən yüzilliyin birinci və ikinci onilliyində təsadüfi neft milyonçusuna çevrilmiş inhisarçı Şəmsi Əsədullayevin və onun nəsli ətrafında baş verir. Romanın ilk səhifələrində həyat bu ailə üçün çox təmtəraqlı, sakit şəraitdə keçir.Ş.Əsədullayevin qızlarının təlim-tərbiyəsi ilə Avropa ölkələrindən gətirilmiş xüsusi dayələr məşğul olur. Ailə sanki yad mühitdə güzəran keçirir, aşağı təbəqəli adamlara gözucu və barmaqarası baxır. Ailə tərbiyəsi milli baxımdan naqisdir. Dini əqidə aşılanmır. Doğma dilə- Azərbaycan dilinə həqarətlə yanaşılır, bu dildə qızlar danışmır. Əcnəbi dillərə aludəçilik baş alıb gedir. Fransız diliöyrənilir . Avropasayaq və çoximkanlı həyat təzi hökm sürür, amiranəliklə sadəliyin vəhdəti (uyğunluğu) insanın insana münasibətində görünür. Yad dil mühitində ailə daxili çəkişmələr, vərəsə məsələsi, paxıllıq, qiybət, həsəd, yalançılıq, lovalıq kimi qeyri-etik normalar ailəni içindən çürüdür. Tarixin unudulmaz, dəhşətli dövrüdür. İnsan dühasının ictimai çaxnaşmalar naminə yaratdığı tətillər, talanlar, qırğınlar və Azərbaycan - erməni münasibətlərinin kəskinləşdiyi illərdir. Bu illərin hadisələrinin, saysız- hesabsız azərbaycanlıların ermənilər tərəfindən günahsız yerə həlak olduğunun şahidi olan müəllif həmin dövrü "dünyanın qarışıq bir dövrü" adlandırır. Bütün bu qaranlıq mühitdə elə insanlar da tapılırdı ki, gənc nəslə çadra əvəzinə azadlıq, fanatizm əvəzinə isə təhsil verməyi üstün tuturdular.

Müəllif bu əsərində Qafqaz müsəlmanlarının sürətli inkişafına zəmin yaradan, Bakıda yeni-yeni neft yataqlarının tapılmasını, "mədəni həyatı"n bütün imkanlarından əllərindəki var-dövlət hesabına istifadəyə can atan, keçmiş nəsillərin sərt və sadəlövh həyatına çəpəki baxan mühiti olduğu kimi təsvir edir. Təsvir edilən dövrün sinfi ziddiyyətləri - neft sahibkarları ilə sadə adamlar arasında olan münasibətlər qarşılaşdırılır, hər birinə məxsus həyat- məişət tərzi müqayisə edilir. Beləliklə, əsərdə insanların xarakteri bütün ziddiyyətləri ilə açılır. Hətta müəllif özü haqqında danışarkən, o, bütün xarakterik cəhətlərini (hikkə və ləyaqətini) olduğu kimi göstərir. Bu, bədii əsərdə həqiqətin ehtivası üçün çox yaxşı haldır.

Ümmülbanu Qafqaz mühiti ilə Fransa mühtini qarşılaşdırır. Bu uzaq diyarların adət-ənənələləri, insana münasibətləri, fərqli mədəniyyətləri ilə oxucu ətraflı tanış olur.Bakının ictimai həyatı, rus- alman, türk müharibələri, froyleyn Annanın, Mari Sarmenin, miss Kolinsin təlim və verdikləri tərbiyə vasitələri müəllifin dünyagörüşünə istər- itəməz müəyyən təsir göstərmişdir.

Romanda həyat, güzəran donuq bir vəziyyətdə yox, dəyişkənlik fonunda təqdim olunur. Dövrün siyasi sərtliyi qışın sərtliyinə bənzədilir. "Dəniz həmişəki maviliyi ilə göz oxşayır, torpaq da həmişəki kimi boy verirdi. Təbiətin bu dəyişməzliyi ilə bizim dəyişmiş güzəranımız arasındakı ziddiyyət mənə melanxolik bir ovqat gətirmişdi" (s. 109).

"Qalmaqallı bir dövr", həmin dövr haqqındakı xatirələr hiss olunur ki, Ümmülbanunun şüurunda qaranlıq bir kölkə salıb. "Bakı göz qabağında dəyişir, Avropa dəbinə keçirdi. Qarışıq tarixi hadisələr baş verdiyi bu dövrdə adətlər dəyişir, onsuz da zəifləmiş din və ənənələr mövqeyini daha da itirirdi."

Ümmülbanu varlı təbəqədən olsa da, həyatın hər bir pis üzünə bələd olmuşdur. Onun fikrincə, uşaqlıq dövrünün əsas cəhəti həyatın sabitliyi və gözəlliyinə inamdır. Bu inam yoxa çıxan kimi uşaq dövrü də başa çatır. Mənə elə gəlir ki, dünyanı olduğu kimi görüb sevmək insanın ucalığıdır. "Bu fikirlər, bizcə müdrik kəlamlardır, yazıçının pedaqoji- psixoloji duyum tərzinin yüksək dərəcədə ifadəsidir.

Ümmülbanu milyonçu qızı olsa da, o mühitin iyrəncliklərini, mənfiliklərini ciddi tənqid edirdi. Çox maraqlıdır ki, tanıdığı bütün insanların görkəmi, davranışı, xasiyyət və xarakteri haqqında ətraflı və obyektiv məlumat venrirdi.

Yazıçı cəmiyyətdaxili münasibətləri düzgün sezə bilmişdir. Məsələn, sahibkar-fəhlə münasibətləri əsərdə kəskin qoyulmuşdu: Fəhlələr yönsüz daxmalarda yaşayır, az əmək haqqı alır, sahibkarlarla mübarizə apara bilmirdi. Sahibkarlara elə gəlirdi ki, özlərinin bolluq içində yaşamaları təbii haldır və başqalarının bolluğa can atması nahaqdır. Fəhlə-işləmək üçün yaranıb, onlarsa- rahatlıq üçün.

Müəllif atalar sözü və məsəllərdən dövrün hadisələrinin əsas səciyyəsini canlandırmaq üçün müvəffəqiyyətlə istifadə etmişdir. Məsələn, ehtiyatlı olmaq üçün: "Atını ağaca bağla, özün allaha sığın"; var-dövlətə adət etmək, varlarının digərlərinə qismət olacağını heç ağıllarına da gətirə bilməmək: "Arxayınçılıq fərsizlərin varı, günahsızların yarağıdır".

Romanda fərqli dünyagörüşlərlə qarşılaşırıq. Yarımüsəlman, yarıqərbsayaq ailə həyatı, gənclərin sərbəst həyata canatım ehtirası inandırıcı boyalarla verilmişdir.

Həyatın ziddiyyətləri, insanların mənəvi və fiziki əzabları əsərdə müxtəlif hadisələrin fonunda işıqlandırılmışdır. Bu faktlar daha çox Bakıda erməni qırğınları, "milli rəqabət həvəsi"nin geniş vüsət aldığı, şəhərin acınacaqlı bir görkəmə düşdüyü ərəfəyə , ailənin İrana qaçması və düçar olduğu çətinliklərlə xarakterizə oluna bilər.

"Paris günləri". Bu günləri və günlərin ağrı-acılarını Ümmülbanu 1942-ci ildə yazdığı eyni adlı romanında reallaşdırdı. Azərbaycanda 15 il yaşamış Ümmülbanu ömrünün qalan illərini Parisdə keçirdi. Ömrün Paris dövrü. Ümmülbanunun bir vaxtlar ağlına da gəlməzdi ki, Paris onun bütün gözəlliklərinin nəsibi olacaq, hər gün Konkord meydanından keçəcək, tez-tez Luvr muzeyini gəzəcək,uzun çəkən müharibə və inqilabdan sonra ömrünün ən şirin arzularına qovuşacaq. Paris həyatı, 20-30-cu illərin Fransa ədəbi mühiti onun dünyagörüşündə əsaslı dönüş yaradır,onu yeni-yeni əsərlər üzərində işləməyə alışdırır. "Nami"dən başlanan yaradıcılıq yolu bir-birinin ardınca "Paris günləri", "Ernst Yunkerlə görüş", "Mən tiryəki seçdim", "Sonra", "Yad Fransa", "Son ümidin çağırışı", "İvan Buninin son höcəti" və s. bədii əsərlərini oxuculara çatdırdı. Bu əsərlər Fransa oxucuları tərəfindən rəğbətlə qarşılandı. Yad mühitdə, yad həyat tərzində yaşamaq. Mühacir taleyi. Əgər vaxtı ilə fransız dilini dayələrindən öyrənə bilməsəydi, yəqin ki, çox böyük əzablar qarşısında qalardı, mühacirliyin acılı-şirinli dadını duya bilməzdi. Birdən-birə bir milyonçu sahibkar qızı Parisin küçələrində iş axtarmağa başladı. Manekençi, satıcı vəzifələrində çalışdı. Katibə oldu, jurnalist və tərcüməçi kimi fəaliyyət göstərdi. Nəhayət, beynindəki bütün hadisələr onu bir yazıçıya çevirdi, neçə-neçə kitablar yazıldı. Dövrün bütün çətinliklərinə sinə gərdi. Fransanın məşhur yazarları ilə, ictimai xadimləri (Monterlan, Malro, Toffi, Araqon, Triole, Emoar, K.Roy, Yursenar və b.) ilə yaxından tanış oldu. Bütün bu tanışlıq onun dünyagörüşünə zənginlik gətirdi.

Tədqiqatçılar haqlı olaraq göstərirlər ki, Ümmülbanu ədəbiyyatda öz yolunu, mövzusunu, dəst-xəttini tapdı. Həyata, cəmiyyətə də onun öz müstəqil baxışı vardı. Bu xüsusiyyətlərinə görə o, böyük rus şairi Buninin rəğbətini qazandı. Baninin gözəlliyi, incəliyi, zəngin mənəvi aləmi vətən həsrətinin çox tez qocaldıb divara dirədiyi şairin ürəyini, ilhamını qızdıra bildi (Bax: Abutalıbova Nigar, Quliyev Qorxmaz. İztirab etüdü. "Azərbaycan" jur., № 12, 1987, s. 162).

Aşkarlıq və demokratiyanın özümüzə qaytardığı Ümmülbanunun ibrətamiz həyatı, fəaliyyəti, yaradıcılıq yolu hərtərəfli öyrənilməlidir. Xüsusən də, Azərbaycan-Fransa ədəbi əlaqələrinin tədqiqində bu çox gərəkli və aktual mövzudur. Ədəbi əlaqələr ta qədimdən bəri mənəvi dünyamızı, ümumbəşəri hiss və duyğuları bir-birinə yaxınlaşdırmış, doğmalaşdırmışdır. Üç yüz ildən artıq müddətdə davam edən və intensiv təkamüldə olan Azərbaycan-Fransa əlaqələri hər iki xalqın bir-birini daha yaxından tanınmasına, qarşılıqlı şəkildə bir-birini öyrənməsinə kömək etmişdir. İndiki dövrdə Fransa-Azərbaycan ədəbi-mədəni əlaqələri əvvəlki dövrlərdən fərqli olaraq yeni keyfiyyətlə zənginləşir.Ümüdvarıq ki, ictimai fikir tarixində özünə xüsusi yer qazanmış Ümmülbanunun yaradıcılığı yeni keyfiyyətdə bütün əlaqələrimizi (həm tarixi-mədəni, ədəbi, həm elmi-pedaqoji, təhsil və s.) öyrənməkdə müstəsna rol oynayacaq.

Ə D Ə B İ Y Y A T

1.Anar. Fransa görüşləri. "Bakı" qəzeti, 9 yanvar 1985-ci il.

2.İsmayılov Rauf. Dostluq telləri (Fransa- Azərbaycan ədəbi əlaqələri). Bakı, 1982.

3.Abutalıbova Nigar. Azərbaycan- Fransa mədəni əlaqələri.-"Qobustan" incəsənət toplusu, № 3 (75), 1987.

4.Abutalıbova Nigar, Quliyev Qorxmaz.İztirab etüdü. " Azərbaycan" jur., № 12, 1987, s.161- 163.

5.Üm-əl-Banin. İvan Buninin son höcəti (Sənədli povest). "Azərbaycan" jur..№ 12, 1987 (rus dilindən çevirən M. Sərvər).

6. Banin (Ümmülbanu). Qafqaz günləri. Bakı, Yazıçı, 1992 (Fransız dilindən tərcümə edəni və ön sözün müəllifi Hamlet Qocayev).

7. Azərbaycan tarixi. Beşinci cild (1900-27 aprel 1920), Bakı, Elm, 2001.

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz