Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

1.1. Axısqa türklərinin etnik tarixinə dair

1.2. Müxtəlif türk tayfalarının Axısqa toponimlərində ini’kası

1.3 Axısqa türklərinin mənşəyinə dair

1.4. Dilin keşiyində, müxtəlif dillərin əhatəsində. Dil xüsusiyyətlərinin öyrənilməsinə dair

II FƏSİL. FONETİKA

2.1. Fonemlər sistemi

2.1.1.Abruptiv fonemlər

2.1.2. Tayfa dilinin qalıqları

2.2. Ahəng qanunu

2.3. Fonetik hadisələr

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

4.1. Sözün morfoloji quru-luşu

4.2. Nitq hissələri

4.2.1. İsim

4.2.2. Sifət

4.2.3. Say

4.2.4. Əvəzlik

4.2.5. Fe"l

4.2.6. Fe"lin təsriflənmə-yən formaları

4.2.7. Zərf

4.2.8. Köməkçi nitq hissələri

V FƏSİL. SİNTAKSİS

5.1. Dilin sintaktik quruluşu

5.1.1. Söz birləşmələri

5.1.2. Cümlə konstruksi-yaları

5.1.3. Əlavələr

5.1.4. Cümlədə sözlərin sırası (inversiya)

5.1.5. Cüttərkibli və təktərkibli cümlələr

5.1.6. Yarımçıq və elliptik cümlələr

5.1.7. Xüsusiləşmə

5.1.8. Xitab və ara cümlələr

5.1.9. Mürəkkəb cümlə. Tabesiz və tabeli mürəkkəb cümlələr

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

İXTİSARLAR
5.1.4. cümlədə sözlərin sırası /inversiya/. Axısqa türklərinin dilinin cümlə sintaksisində danışıq dilinin tə"siri daha çox hiss edilir. Bu tə"sir bədii əsərlərin dilinə də sirayət etmişdir. cümlədə «ilə» qoşmasının yerinə «nan», «nən» ünsürünün işlədilməsi adi haldır; Yolumuz dəmür yolunun kənəriynən uzanan meşa zolağının arasından keçiyerdi /G.Şahin/; Əsgər də avtomatın qundağiynan onun başını yardi /Ş.Adıgünli/; Padişah vəziriynən seyrə çıxmış, gəziyerdi /»Padşah və vəziri» nağılından/; Allah fursant versa, onların yardıminan Vətən torpağıni ziyarət etmax üçün səfərə çıxacağım /G.Şahin/; Əhalisi yüz bindən yoxari olan bu xalq başqa millətlərinən arxa-arxaya verib çalışiyerdilər /Ş.Adıgünli/.

Belə cümlə formalarına Azərbaycan dilinin dialektlərində rast gəlmək olur.

cümlədə -ıb fe"li bağlama şəkilçisinin yerinə da ədatının işlənməsi. Bu xüsusiyyət də Axısqa türklərinin dilinin cümlə sintaksisində yeni görünür. Nümunələrə diqqət yetirək:

Etmə bizi qürbətlərdə padişah,

Vətənimdə torba tax da /taxıb/ diləndur

/İlyas İdrisov/;

Zurnaçi zurnasıni vaqonun nəfəsluğundan çıxardı da /çıxarıb/ vətən dağlarına doğri səsləndüriyerdi /Ş.Adıgünli/; Çocuxlar da onlara qoşuldu da /qoşulub/ dad-fəryad qopariyerdilər /Ş.Adıgünli/.

«Kitabi-Dədə Qorqud»un dilində bu tipli cümlələrə rast gəlmək olur: - Ağ meydanın ortasında baxdı turdı /baxıb durdu/; Buğa dəxi oğlana sürdü gəldi /sürüb gəldi/ [38, s. 36].

Prof. Kamal Abdullayev bu tip cümlələri köhnə cümlə formaları hesab edir. «Kitabi-Dədə Qorqud»un dilindən gətirdiyi «Rəsul Əleyhüssəlam dövrünə yaxın Bayat boyundan Qorqud Ata derlər /deyilən/ bir ər qopdu» cümləsinə istinad edərək həmin növ cümlələrin formal baxımdan iki predikativ nöqtəsinin mövcud olduğunu göstərir, bir nöqtə «derlər» elementi ilə ifadə olunur, o biri nöqtə «qopdu» elementi ilə. Buna baxmayaraq, cümlənin quruluşunu bütövlükdə mürəkkəb cümlə kimi müəyyənləşdirmək mümkün deyil, çünki buradakı predikativ elementlərdən biri olan «derlər» orta mərhələyə xas səciyyə kimi digər predikativ element olan «qopdu»dan zəifdir, onların predikativlik dərəcəsi eyni deyil. «Derlər» elementi cümlədə kvazipredikativ element kimi çıxış edir. Beləliklə, ilkin mərhələnin məhsulu kimi cümlənin quruluşunda iki predikativ nöqtə mövcuddur, bunlardan birini tam predikativ nöqtə kimi, o birini kvazipredikativ nöqtə kimi səciyyələndirmək mümkündür. Kvazipredikativliyin yaranmasının səbəblərindən ən başlıcası uyğunsuzluqdur. Elementin strukturunun, formasının onun funksiyasına, cümlə daxilindəki mövqeyinə, vəzifəsinə uyğunsuzluğu üzündən burada predikativlikdən kvazipredikativliyə keçidin şahidi oluruq [2, s. 15].

Geniş müşahidə edilən sintaktik hadisələrdən biri inversiyadır. Bu dildə də cümlə üzvləri nitqdə kontekstdən, kommunikasiyadan və ekspressiv ifadə funksiyasından asılı olaraq yerlərini dəyişir. Aktuallıqla bağlı olaraq əksinə sıra - inversiya meydana çıxır. Məsələn: Soradan ardi-arasi kəsilmişdi bu məktüblərin. Bir qız Adıgünnən gəlin köçiyer Qule kövünə. Uğuldaşiyerdi maşinlər, uliyerdi itlər, səs-səsə vermişdi tavux-çuçullar, mələşiyerdi uzun-uzadi mal-qara. Gediyerux meşaya! Yillar keçdi savux-savux /G.Şahin/.

cümlədə mübtəda və xəbərin sırası. Bu əhalinin dilində də sadə cümlədə mübtədanın və xəbərin yeri iki cür olur:

3. Normal sıra: Mübtəda + xəbər sırası:

Onlar da yatiyerlər /İ.Şahzadə oğli/; Qız səpətə meyvə yığar /cabir Xalidov/.

4. Qeyri-normal sıra; xəbər + mübtəda sırası: Bitmədi Fələgin ayrilux qəmi /Məhəmməd Paşali oğli/; Tükənməzdi gəlib-gedan qonaği /G.Şahin/; Vətəndədür hər insanın həyat adli nuri oğul! /G.Şahin/; Sicağ idi Vətən torpaği /G.Şahin/.

cümlədə tamamlığın yeri. Tamamlığın sıralanmasında diqqəti cəlb edən cəhət odur ki, qeyri-müəyyən vasitəsiz tamamlıqların sırası son dərəcə sabit, müəyyən vasitəsiz tamamlıqların, eləcə də vasitəli tamamlıqların sırası bir qədər sərbəstdir [1, s. 228].

Axısqa türklərinin dilinin cümlə sintaksisində tamamlıqlar xəbərdən əvvəl və sonra gələ bilir. İki cür sıra meydana çıxır:

5. Normal sıra; tamamlıq + xəbər sırası: Qapiləri möhürləmişdi. Maşinə yüksəlsinlər /Ş.Adıgünli/.

6. Qeyri-normal sıra; xəbər + tamamlıq sırası: Tez süpürdüm yolları. Sürgün ediyerlər bizi /Nurəddin Sasiyev/.

cümlədə zərfliklərin yeri

7. Normal sıra; zərflik + xəbər sırası: Meşaya gediyerux. Gürcüstanın cənubunda, Türkiyadan uzanıb gələn Ərzurum dağlarıni, köskündə məskən salmiş köyləri, meşələri, dərələri qar basmişdi. Bizi Sibirə sürgün ediyermişlər! /Ş.Adıgünli/.

8. Qeyri-normal sıra; xəbər + zərflik: Bu səs yayıldı köyə /Ş.Adıgünli/; Xizəklərdə aşardux dağ aşşaği /G.Şahin/ və s.

Sonuncu iki cümlədə köyə, dağ aşşaği zərflikləri inversiya nəticəsində xəbərdən sonra gəlmişdir.

İnversiya nəticəsində həmcins zərfliklər cümlənin sonunda işlənə bilir. Bu halla ən çox şe"r dilində qarşılaşırıq. Məsələn, Güləhməd Şahinin «Babam diyardi ki» adlı mənsur şe"rində belə cümlələr çox işlənmişdir: Bağladilar hər tərəfdən açılmiyan, qırılmiyan, zencirlarnan yolumuzi, izimizi. Məcbur oldux geca-gündüz. Vətəndən düşdux ayrı, yürəkimiz daraldi. Başxaları at oynadur yerimizdə, yurdumuza /G.Şahin/.

cümlədə tə"yinin yeri. Axısqa türklərinin dilinin cümlə sintaksisində tə"yinin sırası da normal və qeyri-normal vəziyyətdə ola bilir.

9. Normal sıra. Tə''yin + mübtəda sırası: Bağbansız bağ gül açmiyer /G.Şahin/; Köti hava düzəlür, köti insan düzəlməz; Bu toprax Ana kimi ölməz bir varlux, təmüz bir insan və dirillux rəmzi olan zəmzəm suyidur /G.Şahin/; Qara qüvvələr qara niyyatlarına nail olsalar da, qaragünli cəməhətin qəlbindən bir şey silinmədi /Ş.Adıgünli/ və s.

Tə'yinlərin sırasındakı bu sabitlik ondan irəli gəlir ki, sırası pozulan tə"yinlər isimlə ifadə olunan başqa üzvlərin tə»yininə, fe'llə ifadə olunan üzvün zərfliyinə çevrilmək, həmçinin substantivləşərək mübtəda və ya qeyri-müəyyən vasitəsiz tamamlıq olmaq təhlükəsi qarşısında qalar. Bu hal gözlənilmədikdə inversiya hadisəsi baş verir, tə'yin qeyri-normal sıraya keçir, yə'ni tə'yin etdiyi sözdən sonra gəlir.

10. Qeyri-normal sıra. Qucağıma alıb gizlatdım körpə çocuğumi [70, 27.III.1992], Sibir savux, çocuxlar körpə, hələ yaralari sağalmamiş əlsiz-ayaxsızlar /Ş.Adıgünli/.

Bu cümlələrin birincisində «körpə çocux» normal sıra olduğu halda, «çocuxlar körpə», «Sibir savux» ifadələri qeyri-normal sıraya aiddir. İnversiya nəticəsində sonuncu iki ifadədə tə"yin etdiyi sözdən /Sibir, körpə/ sonra gələ bilmişdir.

Axısqa türklərinin dilinin sintaktik quruluşunda diqqəti cəlb edən əlamətlərdən biri də idi hissəciyi ilə bitən cümlələrin çox yayılmasıdır. Biz bu cəhəti həmin əhalinin dilinin analitikliyə meyli ilə əlaqələndiririk. Belə ki, müasir Azərbaycan dilində «Ağlaşanlar təkcə camaat deyildi» - cümləsi onların dilində - «Ağlaşanlar təkcə cəməhət dəgül idi» şəklində öz ifadəsini tapır. Azərbaycan dilində bu hissəciyin qısaldılmış şəklindən, Axısqa türklərinin dilində isə bütöv formasından istifadə olunur.

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz